Elmar Məmmədyarov Gürcüstana gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək.

Bu barədə Modern.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Elmar Məmmədyarov 8 oktyabr tarixində Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunacaq GUAM ölkələri xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.

GUAM ölkələri xarici işlər nazirləri Şurasının iclasında nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR