Məhşur futbolçu arvadını vəhşicəsinə döydü

“Lans” klubunun kapitanı Nikolya Duşe polis tərəfindən saxlanılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb 37 yaşlı qapıçının həyat yoldaşını vəhşicəsinə döyməsi olub.

Belə ki, PSJ-nin sabiq üzvü içkili vəziyyətdə evə gedərək, xanımını döyüb. Polis evə getdikdə qadın paltarsız vəziyyətdə və bədəni yara içində olub. Duşenin həyat yoldaşını saçından tutaraq sürüdüyü və başını bir neçə dəfə divara çırpdığı bildirilib.

Mənzilin güzgüləri qırılıb, yerə yemək tökülüb və divarda qan izləri olub. Polisə izahat yazan 27 yaşlı qadın xəstəxanaya getməkdən imtina edib. Bu gün Duşe və həyat yoldaşı məhkəmə qarşısına çıxacaqlar.

Qeyd edək ki, Nikolya Duşe 2011-2016-cı illərdə PSJ-nin formasını geyinib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR