Məşhur futbolçu ölkəsinin baş naziri oldu

Əfsanəvi futbolçu Corc Vea ölkəsi Liberiyada baş nazir seçilib. Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, bir zamanlar İtaliyanın “Milan” klubunda oynayan məşhur futbolçu seçkilərdə ən çox səsi qazanan şəxs olub.

Qeyd edək ki, C.Vea 1995-ci ildə FiFA-nın “Qızıl top” mükafatını qazanıb. O, bu mükafata layiq görülən ilk afrikalı futbolçu olub. Vea 1995-1996 və 1997-1998-ci illərdə “Milan” klubu ilə İtaliya çempionluğunu yaşayıb.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR