Mikayıl Cabbarovun qohumunun evi yandı – Heç kəs kömək etmədi – ÖZƏL

Təhsil naziri Mikayıl Cabbarovun qohumuna məxsus olan ev yanıb.

Bu barədə A24.az-a sabiq deputat Nazim Bəydəmirli məlumat verib. O, bildirib ki, qısa qapanmadan sonra ev yanıb və bununla bağlı lazımi dairələr heç bir iş görməyib:

“Gədəbəyin Zamanlı kənd orta məktəbində müəllim işləyən xalam oğlunun 10 gündür evi tamam yanıb. Həmin gün evdə heç kim olmayıb və böyük ehtimalla “Azərişıq” ASC-nin məsuliyyətsizliyi səbəbindən xəttlər üst-üstə düşüb, gərginlik artıb və hansısa avadanlıq dözməyib alışıb. Beləcə vətəndaşa külli miqdarda ziyan dəyib (rayonda olarkən özüm şahid olmuşam ki, gərginlik tez-tez dəyişir). Ərizə ilə bu faktı araşdırmaq üçün yerli hüquq mühafizə və Gədəbəy icra hakimiyyətinə müraciət edilsə də hələ heç bir araşdırma aparılmır. Təhsil şöbəsi və həmkarlar ittifaqı da ağzına su alıb durur, maddi kömək də etməyib.Hər il maaşlardan tutulan “məcburi sığorta” da itib-batıb.
Təsəvvür edin ki, mənim bu xalamoğlu Təhsil nazirinin də qohumudur. Ona görə atalarımız deyib ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır”.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR