“Müəllimlərin orta aylıq maaşı 465 manatdır” – Təhsil naziri

Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir.

Bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

M.Cabbarov deyib ki , bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir.

Bunun qarşıya qoyulan məqsədlərdən biri olduğunu deyən nazirin sözlərinə görə, indiyədək 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil edib.

Nazirin sözlərinə görə, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır. Bu il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib.

Nazir əlavə edib ki, bu ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub. Onların əmək haqqı gələn ildən artırılacaq: “Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib”. trend

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR