Şəkidə eşitmə və nitq qüsurlu yeniyetmə tapıldı – FOTO

Şəkidə, bazar ərazisində 13-15 yaşlarında eşitmə və nitq qüsurlu yeniyetmə tapılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Eşitmə və nitq qüsurlu olduğundan onun kimliyini müəyyən etmək mümkün olmayıb.
Yeniyetmə tapılan zaman onun başında göy rəngdə papaq, əynində ağ və göy rəngləri qarışıq idman gödəkcəsi, tünd göy rəngdə idman şalvarı və ayağında qara rezin çəkmə olub.

Yeniyetməni tanıyanlardan Şəki şəhər-rayon Polis Şöbəsinə (Tel: 02424-4-25-50) müraciət etmələri xahiş olunur.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR