“Twitter” istifadəçilərinə şad xəbər

Milyonlarla istifadəçisi olan “Twitter” sosial şəbəkəsi yeni funksiyasını işə salır.

Yenicag.az xəbər verir ki, yeni funksiya paylaşılan mətn və ya görüntüləri yaddaşda saxlamağa imkan verəcək. Beləliklə, istifadəçilər bəyəndikləri paylaşımları arxivləşdirə biləcək. Bu materiallar sadəcə, hesabın sahibi tərəfindən görüləcək. Əvvəllər isə istifadəçilər tviti mütləq “retweet” etməliydi.

Qeyd edək ki, yeni funksiya “Facebook” ilə “Instagram”da daha əvvəl sınaqdan keçirilib və istifadəçilər tərəfindən bəyənilib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR