“Ən çox fotosessiya etdirən mənəm” – “Miss Suzi”dən iddialı açıqlama

“Miss Suzi” ləqəbli tanınmış model və aktrisa Suzan yeni fotosessiyasını təqdim edib. 

QAFQAZXEBER.AZ xəbər verir ki, model fotoqraf Həsrət Həsənovun kamerası qarşısına keçib.

Suzan bildirib ki, model-biznesdə ən çox fotosessiya etdirən ifaçıdır:

“Yeni mövsümə başladıq. Bizi izləyənlər istəyirlər ki, bizi yeni görkəmdə görsünlər. Daha maraqlı olmaq üçün belə bir çəkiliş etdik”.

“Miss Suzi” bundan əlavə, yeni layihə üzərində çalışdığını deyib. Yeni layihəyə çəkilən ekran işi tezliklə izləyicilərə təqdim olunacaq. Suzan layihənin adını açıqlamasa da, iddialı və layihə haqda hələ çox danışılacağını söyləyib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR