36 yaşlı Azərbaycan vətəndaşının qatili bəlli oldu – Rusiyada – YENİLƏNİB

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub.
Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Xanbaba Nərimanovu qətlə yetirən şəxs Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Fariz Hüseynov olub.
MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov APA-nın Moskva müxbirinə həmyerlilərimiz arasında baş verən qətl hadisəsinin təfərrüatları barədə danışıb: “Qətlə yetirilən Xanbaba Nərimanov biznes fəaliyyəti ilə məşğul olub. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov Xanbaba Nərimanovun işçisi olub. Aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb. Fariz hələ də saxlanılmayıb”.
Ə. Yusifov bildirib ki, faktla bağlı cinayət işi açılıb, F. Hüseynovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

 

03:16

Moskva vilayətində Azərbaycan vətəndaşı qətlə yetirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda baş verib. Naməlum şəxs “Porshe” markalı avtomobillə yaralı şəxsi xəstəxananın qarşısına gətirib və sonra hadisə yerindən qaçıb.

Moskva vilayəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtomobildə olan yaralı Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü X.Nərimanov olub. Həkimlər onun üzərində bıçaq yaraları aşkar ediblər.

Azərbaycan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə baş verməsini araşdırırlar.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR