Çarəsiz qalan vicdanlı alıcının valideyinləri icra başçısı Adil Vəliyevdən Prezidentə şikayət  etdilər

Zati-aliləri !!!   Qətiyyətli və humanist dövlət adamı əzizimiz, Cənab Prezidentimiz  İlham Əliyev və birinci  Vitse-Prezidentimiz  Mehriban  xanım  Əliyeva!!!

Mən 80 yaşlı ata,Abbasov Şaban ,həyat yoldaşım 67 yaşlı çarəsiz ana,Abbasova Fəridə balamızı,Sabunçu rayon İcra başçısı Adil Vəliyevin qoçularının təhqirlərindən  və təzyiqlərindən qorumaq üçün məcbur olub sizə müraciət edirik !!!

Cənab Prezidentimiz   biz Azərbaycan vətəndaşı olaraq konstitusion və mülkiyyət hüququmuzu qorumaq üçün Sabunçu rayon İcra başçısı Adil Vəliyevin  əlində aciz və  çarəsiz bir durumda qalmışıq. Qanunvericilikdə nəzərdə  tutulmuş qaydada, hüququmuzu və haqqımızı tələb etdiyimizə  görə  başçı Adil Vəliyev öz inzibati resurslarından və əlində olan qoçu dəstəsindən istifadə edərək  balamız  Sidqi Abbasovu təhqir etdirir, qorxutdurur, ailəmizə qarşı təzyiqlərinin ardı arası kəsilmir.  İkinci aydır üz tutmadığımız  qapılar,rəsmi müraciət etmədiyimiz qəzetlər, saytlar və dövlət qurumu qalmayıb.

Cənab Prezidentimiz İlham Əliyev  və əzizimiz birinci xanım Mehriban Əliyeva bizim ümüdimiz bircə sizə qalıb,sizdən acizanə xahiş edirik bizə köməklik edin. Bizi bu milyarder,harın,biznesmen başçı Adil Vəliyevin  təzyiqlərindən  və  təhqirlərindən  qurtarın.  Sizə  səmimi   bildirmək  istəyirik  ki,  bizim nəslimiz,əbədi prezidentimiz,mənəvi atamız,  liderimiz,Ulu Öndər Heydər Əliyevin zəhməti ilə qurduğu dövlətimizi və onu bizə əmanəti olan Cənab Prezidentimiz İlham Əliyevi sevirik, onun  xarici  və  daxili siyasətini dəstəkləyirik!!   Biz öz zəhmətimizlə yaşayan sadə kasıb bir ailəyik.Balalarımızı zəhmətimizlə dolandırırıq. Adil Vəliyevin balaları kimi harın həyat tərzi sürmürük…

Cənab Prezident siz çıxışlarınızda dəfələrlə deyirsiniz ki,  “Mən xalqın xidmətçisiyəm və məmurları təyin edəndə deyirəm ki,gedin yerlərdə xalqa xidmət edin”!!!

Ulu  Öndər Heydər Əliyev kimi Böyük Şəxsiyyətin oğlu deyirsə mən xalqın xidmətçisiyəm!!!  Bəs onun təyin etdiyi başçı  Adil Vəliyev görən kimin oğludur ki, xalqı bu qədər incidir, rayonda  özünü  “Karol” kimi aparır…

Cənab Prezident!!!  İcazənizlə diqqətinizə çatdıraq ki, başçı Adil Vəliyevin qoçuları bağımıza çəpər çəkərkən,  xüsusi  mülkiyyətimizə dəfələrlə  basqın ediblər, oğlumuzu  təhqir edib  deyirlər ki, sen kimsen,  bizdən  icazəsiz  bağına  hasar çəkirsən,  yazıq  kimsəsiz,  kasıb  bir  adamsan, məhf  edərik  səni, bizə 30000 pul verməsən qoymarıq bağınıza hasar çəkəsən. Bizim başçımız Adil Vəliyevin Hektarlarla torpağı,  biznes mərkəzləri,  bir neçə maşın salonları,  villaları, restoranları,  gözəllik salonları,  xaricdə çoxlu pulu, biznesi, mülkləri və bizim kimi  “QOÇU” dəstələri var. Cənab prezident çox xahiş edirik bizim ailəyə  köməklik edin.  Biz, bir vicdanlı alıcı kimi notarial qaydada alqı-satqı yolu ilə aldığımız  torpağa, bağımıza çəpər çəkək, ağac əkək,  balalarımızı dolandıraq.

Sayqı ilə:   Abbasov Şaban, Abbasova Fəridə

QAFQAZXEBER.AZ

Adil Vəliyev hasarlama üçün icazə verdiyi vətəndaşı niyə təkrarən incidir?

Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA

Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir? – ŞİKAYƏT

 

  DİGƏR XƏBƏRLƏR