Elmar Məmmədyarov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR