Ermənistan ordusu öz hərbi hissələrini bombaladı

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Report xəbər verir ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. Hazırda istintaq tədbirləri həyata keçirilir.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR