İtaliya-İsveç matçında maraqlı anlar – VİDEO

Dünən baş tutan İtaliya-İsveç “play-off” matçının sonunda maraqlı hadisə yaşanıb.

Report xəbər verir ki, hakimin iki oyunun nəticəsinə görə İsveçin qalibiyyətini elan edən final fitindən sonra Skandinaviya komandasının futbolçuları öz sevinclərini bölüşmək üçün canlı yayımda olan “Eurosport” telekanalının jurnalistlərinə tərəf qaçıblar.

Şərhçilərin üzərinə atılan futbolçular efir üçün quraşdırılmış dayağı aşırıblar. Baş verənlər canlı yayımlanıb.

Noyabrın 13-də keçirilən matç zamanı İsveç futbolçuları iki oyunun nəticəsinə görə (1:0 və 0:0) İtaliyanı mübarizədən kənarlaşdıraraq dünya çempionatına vəsiqə qazanıblar.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR