Qətl törətmək istəyən şəxsin başqa cinayətləri də üzə çıxdı

Gəncədə qətl törətməyə cəhddə təqsirləndirilən şəxsin başqa cinayətləri də ortaya çıxıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan  Gəncə şəhər sakini Qurban Qurbanovun ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun digər ağır cinayət törətməsi də müəyyən edilib.

Araşdırmalar zamanı onun cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000  rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR