Qafqaz Xəbər Agentliyinin rəhbəri Yapı Kredi Bank-dan Rüfət Aslanlıya şikayət etdi

Hörmətli Rüfət müəllim,

“Qafqaz Xəbər Agentliyi” MMC-nin bank hesabları Yapı Kredi Bank Azərbaycan-da açılıb. Şirkətimiz neçə illərdir ki, Yapı Kredi Bank-ın müştərisidir. Qanunda dəyişiklik ediləndən sonra əmək haqqımızı plastik kartlar vasitəsilə əldə etmək üçün, 25.05.2017-ci il tarixdə QX-132 nömrəli məktubla Yapı Kredi Bank -ın Nərimanov filialından kart sifariş etmişik. Ancaq bu günə kimi əmək haqqı kartları bizə verilmir. Bankın Nərimanov filialının əməliyyatçısı bildirir ki, sistem kartların hazır olduğu göstərir. Ancaq hansısa səbəbə görə kartlar bizə verilmir.

Məlumat üçün bildirim ki, Yapı Kredi Bank-la bağlı Qafqaz Xəbər Agentliyinin Facebook səhifəsində bankın fəaliyyəti haqqında xəbər saytlarından məqalələr yerləşdirilib. Və buna görə də bank əsassız iddia ilə Nərimanov rayon Məhkəməsində iddia qaldırsa da Məhkəmə iddianı əsassız olduğu üçün təmin etməmişdir. Buna baxmayaraq, bankın rəhbərliyi öz hikkəsindən əl çəkmir.

Bu məhkəmə çəkişməsinə baxmayaraq biz yenə də bu bankın müştərisiyik və bank bizim şirkətdən neçə illərdir gəlir əldə edir. Bankın borcudur ki, müştərisinə layiqincə, qanuna uyğun şəkildə xidmət etsin.

Bankın rəhbəri Cenk Yüksel və bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Heydər İsmayılov mənimlə prinsip apararaq çox güman əmək haqqımın kartını verilməməsi barədə filial müdirinə göstəriş veriblər.

Məlumat üçün bildirim ki, ölkə mətbuatında da bu bankla bağlı bir çox tənqidi məqalələrə rast gəlmək olar. Əsas da bu bankın problemi hər dəfə media nümayəndələri ilə baş verir.

Sizdən xahiş edirəm ki, banklara nəzarətedici orqanın rəhbəri olaraq maaş kartlarımızın verilməsi üçün və yuxarıda qeyd etdiyim şəxslər barəsində müvafiq tədbir görəsiniz.


Hörmətlə, Mahmud Rasimoğlu Tağıyev

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR