RUSİYALI İŞ ADAMI “QAFQAZ HÜQUQ MƏRKƏZİ” VASİTƏSİ  İLƏ MTN RƏİSİNDƏN  PREZİDENTƏ MÜRACİƏT ETDİ – ŞOK FAKTLAR AÇIQLANDI  

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

M Ü R A C İ Ə T 

MÜRACİƏTİN SƏBƏBİ: əslən azərbaycanlı, Moskva şəhərində yaşayan sahibkar-iş adamı, xeyriyyəçi, RF vətəndaşı Hümmətov Rəfail Talıb oğlunun “keçmış MTN-çi Məhərrəmov Anar tərfindən uzun müddət psixoloji təcavüzə məruz qalması, inzibati zorakılıq göstərməklə əmlakının əlindən alınması barədə” Qafqaz Hüquq Mərkəzinə hüquqlarının müdafiə edilməsi müraciəti;

Hümmətov Rəfail: “Mənim məruz qaldığım problemin təkcə mənə aid olmadığını nəzərə alaraq mətbuat vasitəsi ilə ictimailəşdirilməsini və xarici investorları Azərbaycana sərmayə qoymağa dəvət edən, 50 milyondan çox olan Dünya Azərbaycanlılarının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edirəm”.

HÖRMƏTLİ  PREZİDENT,

İş adamı Hümmətov Rəfail Talıb oğlu Moskva şəhərində yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, canı-qanıyla yurduna, kəndinə, torpağına, Vətəninə bağlıdır. Böyüyüb başa çatdığı Tovuz rayonunun Düz Qırıqlı kəndi ilə əlaqəni üzmür, camaatın xeyrinə-şərinə bacardığı qədər yarımağa çalışır. Ailəsi kənddə yaşayır, hər iki oğlu Milli Ordumuzda şərəflə xidmət etmişlər, qızı məktəblidir.

Uzun illər baxımsızlıqdan bərbadlaşmış, 2 hektar ərazisi olan kəndin istirahət və mədəniyyət parkını abadlaşdırmaq, ona bitişik olan, “1941-45-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanlar”ın və “Qarabağ Müharibəsi Şəhidlri”nin xatirəsinə yaradılmış abidələrini təmir-bərpa etmək üçün aidiyyəti məsul şəxslərin razılığını və həmkəndlilərinin xeyir-duasını aldıqdan sonra, 2010-2013-cü illər ərzində hissə-hissə ərazini əsaslı təmir-bərpa etdirib yeniləşdirmiş, böyük su fontanı, hovuz, əlavə olaraq ticarət mərkəzi, çay evi inşa etdirməklə bir neçə iş yeri də açmışdır. Lakin, onun öz şəxsi vəsaiti hesabına və həvəslə başladığı bu sərmayəçi-xeyriyyəçilik işi 2013-cü ilə qədər davam etsə də, sonradan yarımçıq qalmışdır.

Bunun da səbəbkarı “kənddən olub kənddəkilərə qənim kəsilən, özündən razı, müştəbeh, təkəbbürlü, rəzil, öz əlaltısı “Seyidəli”nin sözləri ilə desək “kəsdiyi başa sorğu edilməyən”, “qabağında heç kəs dura bilməyən”, “ayə, Allahdır, ey, Allah” və ta nə bilim nə olan, keçmiş “MTN-nin böyüyü Eldar Mahmudovun balaca rayonda yekə iddialı MTN-çi rəisi”olan, vaxtı ilə özünü öyərək “lazım olsa Moskvada LİBOY problemi də həll edərəm” deyən, bu gün isə məsuliyyətdən yayınmaq üçün “gözdən uzaq-könüldən iraq” gümanı ilə, işini başqa sahəyə dəyişərək, çəkilib dağlarda “bəlkə də qaytardılar” xülyası ilə yaşayan, “vaxtı ilə qabağında İSMİRNA duran” Hümmətov Rəfailin indi gözünə görünməmək üçün gecə ikən kəndə gəlib özünün mal fermasında Seyidəli ilə “dərdləşib” sübh tezdən  kənddən çıxan Məhərrəmov Anar Məhərrəm oğludur. Hadisələr belə cərəyan etmişdir:

“Seyidəli” kimi tanınan Düz Qırıqlı kənd sakini Seyidov Əli Həsən oğlu abadlaşdırma işləri ilə məşğul olan Rəfail Hümmətovla yaxınlıq edib, parkda onu “Göygöl rayonun MTN-in rəisi Məhərrəmov Anar”la tanış edir və “Anar səni iş yerinə qonaq dəvət edib” deyərək, onu “zor-xoş Göygöl rayonuna aparır, Məhərrəmov Anar iş otağında “Kabinetə təzə gələn rəisə şirinlik verməlidir” deyib, ondan “500 dollar rəis şirinliyini qoparır” və Hümmətov Rəfailə məclis də təşkil etdirir.

Növbəti görüşdə Məhərrəmov Anar ondan “Çay evini işlətmək üçün Seyidəliyə ver” deyə tələb edir. Məhərrəmov Anarın təkəbbürlü təzyiqinə etiraz etməyin xeyir gətirməyəcəyini başa düşən Hümmətov Rəfail onunla razılaşır və həmin vaxtdan tez-tez, təm-təraqla kəndə gəlib, çay evində oturaraq özünü mühüm bir rəis kimi camaata nümayiş etdirən Məhərrəmov Anar, “Kim Seyidəliyə dəyərsə, deməli mənim qabağıma keçir” deyərək, Hümmətov Rəfaili “hədələyir və qorxuzur, çünki bu həmin o vaxt idi ki, naziri Mahmudov Eldar olan “MTN”-çilər respublikada tüğyan edirdilər, onların “kəsdiyi başa” sorğu yox idi. Kənddən də bir neçəsinin başına torba keçirib aparmışdılar. Həmin şəxslər ölkədən kənarda yaşayan sahibkarlar idi ki, onların pul sarıdan imkanlı olduqları hamıya bəlli idi. Hər dəfə kimsə kənddən aparılanda Seyidəli deyirdi ki, “Anarın işidir eyy! Anarın arxası möhkəmdir, sözünün qabağında heç kim dayana bilməz. Allahdır, ey, Allah!”.

Məhərrəmov Anar Hümmətov Rəfailə “sərhədi nə vaxt keçsən biləcəm” deyə ona “hər dəfə Moskvadan gələndə araq, kolbasa, çay, kofe, sairə əşyaları gətirməyi tələb edir və Gəncə hava limanında onu Seyidəli ilə sürücüsü Babəkə qarşılatdıraraq hava limanından götürüb Göygöl rayonuna Anarın hüzuruna apararaq, onun hesabına yeyib-içmək və sairə təşkil etdirir. Məhərrəmov Anar hər həftə Hümmətov Rəfailə saysız hesabsız sifarişlərini telefonla verir və onu məcbur edir ki, Moskvadan gələn marşrut avtobusları ilə onun sifarişlərini yola salsın.

O, bunları etməyə bilməzi, çünki qorxurdu, ona görə qorxurdu ki, özü Moskvada olsa da, ailəsi iki böyümüş oğlu kənddə idilər. Oğlu maşın idarə edirdi. “Öz həmkəndlilərini MTN-ə apartdırıb məcburən müflisləşdirən Məhərrəmov Anar onun da oğlanlarına nə istəsə edərdi”. Bu o dövr idi ki, bəzi “Məhərrəmov Anar kimi MTN-çilər meydan sulayırdılar və ağına-bozuna baxmadan kimi istəsələr aparıb “dərs”ini verirdilər”. Hümmətov Rəfail Moskvada da daimi qala bilməzdi, ailəsini də ora apara bilmirdi –oğlu, qızı məktəbli idi. Bu səbəbə məcbur olub, Məhərrəmov Anarın özünün şəstlə ona dediyi kimi “qabağında ismirna dururdu”.

2014-cü ilin aprel ayında Məhərrəmov Anar Hümmətov Rəfailə məcburən 3 ədəd təyyarə bileti aldırıb öz oğlu və digər əlaltısı olan Şəmkirli Rzayev Əli ilə Moskvaya “sənin qonağınıq” deyə, Dubinski küçəsi 34 ünvanda yerləşən “Vals” mehmanxanasında 1 həftəlik lyuks otağın pulunu ödətdirib, sifarişlər verməyə, onları kafe-restorana, başqa əyləncə yerlərinə aparmağa məcbur edərək bütün günü onların qulluğunda durmağı tələb edir. 3 gün keçmiş, Məhərrəmov Anarın Ufa şəhərində yaşayan böyük qardaşı Məhərrəmov Natiqin ölüm xəbəri gəlir. Öz böyük qardaşının meyitini ata yurduna aparmaq üçün Məhərəmmov Anar Hümmətov Rəfaildən 1.000 000 rubl, yəni təxminən 30.000 ABŞ dolları məbləğində pul verməyi, ya da öz maşını ilə gedib Ufa şəhərindən qardaşının meyitini kəndə aparmağı tələb edir. Hümmətov Rəfail onun qardaşının meyitini aparmağa razılaşmağa məcbur olur. Öz əlaltısı Rzayev Əlini Hümmətov Rəfailə qöşan Məhərrəmov Anar onun mehmanxanaya ödədiyi pulun qalığını alıb Gəncəyə qayıdır.

Hümmətov Rəfail özünün maşınını idarə etməyə kömək üçün Moskvada yaşayan  dostu Nazimi götürür. Onlar Rzayev Əli ilə Moskvadan Başqırdıstanın paytaxtı Ufa şəhərinə gəlirlər və Hümmətov Rəfail onlarla öz maşınında, meyiti isə kirayə tutduğu maşınla kəndə gətirir. Məhərrəmov Anarın “qardaşının meyitini daşıma sifarışınə, ümumilikdə 8.000 km-dən çox yol qət etməklə, 9.000 ABŞ dolları məbləgində pulu özündən ödəməyə məcbur edilən” Hümmətov Rəfail çəkdiyi əziyyətə görə Məhərrəmov Anar ona heç “sağ ol” da demir. Əksinə, Hümmətov Rəfail Moskva şəhərinə çatar-çatmaz “dişi qana batmış” Məhərrəmov Anar yenə də öz sifarişlərini ona çatdırır, o, isə “məcburiyyət qarşısında qalıb onları yerinə yetirir”.

2013-14-cü illlərdə oğlu Hüseyin əsgəri xidmətdə olarkən, Məhərrəmov Anar Hümmətov Rəfailə “Əsgərlikdə olan oğlunun rahat xidmət etməyini istəyirsənsə mənə pul verməlisən ki, onu mən əmisi tapşırım ki, incitməsinlər” deyə 10.000 dollar verməyi tələb edir. O da, məcbur olub 7.000 manat (həmin vaxt üçün 9.000 ABŞ dolları) pulla onu razılaşdıraraq verir.

2014-cü ilin oktyabr ayında Məhərrəmov Anar özünə “Niva” markalı maşın almaq üçün Hümbətov Rəfaildən 2.000 ABŞ dolları verməyi tələb edir. Övladlarının talehindən qorxduğu üçün o, Məhərrəmov Anarın bu tələbini də yerinə yetirməyə məcbur olur. Sonradan isə həmin maşına “qış təkəri” almağı Məhərrəmov Anar Hümbətov Rəfaildən tələb edir və o, məcburiyyət qarşısında qalıb Moskvadan 600 ABŞ dolları məbləğində pula 4 ədəd təkər alıb Məhərrəmov Anara yola salır.

Bundan əlavə, Məhərrəmov Anar  Göy göl rayonunun Üç Təpə kəndində ev tikmək üçün mişar daşı almaq adı altında ondan tələb edərək 2.200 ABŞ dolları məbləğində pul almışdır. Bundan əlavə, Məhərrəmov Anarın təkidli tələbi ilə Moskva şəhərindən 70.000 rubla özünə, 38.000 rubla isə ogluna, yəni təxminən 2.000 ABŞ dolları məbləğində pula mobil telefonları alıb gətirir.

Daha sonra isə Hümmətov Rəfailin oğlu Hüseynin “Niva” markalı maşınını zorla əlindən alan Məhərəmov Anar öz qaynı Bağırov Vüsalın vasitəsi ilə Hüseyni notariusa apartdırıb məcburən öz adına baş etibarnamə alır. Bir neçə aydan sonra Hüseyn saysız təkidlərindən sonra maşını dağılmış halda Məhərrəmov Anardan qaytara bilir.

2014-сi ilin noyabr ayında Məhərrəmov Anar əlaltısı Seyidəlinin vasitəsi ilə Hümmətov Rəfaili çağırtdırıb Gəncə şəhərində olan “Ərikli” kafesinə gətizdirir və orada “Daşkəsən MTN şöbəsinin rəisi Eldənizin də iştirak etdiyi söhbətdə “Mənə pul lazımdır, məni Bakı şəhərinin “Neftçilər” metrosu olan Nizami rayonuna MTN-nin rəis vəzıfəsinə dəyişirlər və bu işə görə yuxarıdan beş yüz min dollar tələb olunur. Pulun 200.000 dollarını  mütləq sən tapıb verməlisən.” deyə ondan tələb edir və bu qədər pulu olmadığını deyən Hümmətov Rəfailə, sonradan Seyidəlinin vasitəsi ilə xəbər çatdırır ki, “əgər pulu verməsə onu da həmkəndliləri Qaranın, Elçinin, Xanların və başqalarının halına salacaq. Belə ki, “kənddə hamı bilirdi ki, həmin şəxsləri müxtəlif yollarla Anar apartdırıb pulllarını aldırıbdır”. Bu səbəbə özünün və ailə üzvülərinin taleyhindən qorxan Hümmətov Rəfail Moskva şəhərindəki dost-tanışlarından 130.000 ABŞ dolları pul toplayıb Məhərrəmov Anara çatdırır.

Bununla “doymayan” Məhərrəmov Anar özünün mal fermasına şəriklik etmək adı ilə Hümmətov Rəfaili “Prado” markalı maşınını əlaltısı Seyidəlinin tanışına 20.600 ABŞ dolları məbləğində pula satmağa məcbur edərək, pulu öz qaynı Bağırov Vüsalın vasitəsi ilə alıb mənimsəyir.

Lakin, məlum hadisələr cərəyan etdikcə, bəzi keçmiş “MTN-çilər” kimi Məhərrəmov Anar da işini dəyişdirilir. Bundan sonra, ondan öz pullarını tələb edən Hümmətov Rəfail ilə Məhərrəmov Anar əvvəlcə razılaşıb pullarını son qəpiyinə qədər qaytarmağa hazir olduğunu desə də, sonradan ondan qaçmağa, min bir bəhanə ilə görüşməkdən yayınır.

“Tapıldıqdan” sonra isə, üzə çıxmayan Məhərrəmov Anar öz adamlarının vasitəsi ilə Gəncə şəhərində yarımçiq qalmış, sənədi olmayan bir həyət evini 180.000 manata, Bakı şəhərində: D.Bünyadzadə küçəsi, ev 34-B ünvanında 2 qoşa mənzilini hər birini 150.000 manata, Cavadxan küçəsi 44, mənzil 32 ünvanda olan mənzili 100.000 manat qiymətə hesablamaq şərti ilə təklif etsə də, mütəxəssislər qiymətlərin qəsdən 2 qat şişirdildiyini bildirdikdə Hümmətov Rəfail razılaşmadığı üçün telefonda onunla mübahisə edən Məhərrəmov Anar  ona “hara qaçıb getsən səni tutacam, sən hələ məni yaxşı tanımırsan, bilmirsən mən kiməm”, deyə hədə-qorxu gəlsə də, həmin vaxtdan Hümmətov Rəfail ilə görüşməkdən yayınır və ondan məcburi olaraq və aldadaraq aldığı pullarını qaytarmaqdan imtina edir.

CƏNAB PREZİDENT,

Sizin rəhbərliyinizlə sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində həmişə mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycanın inkişaf perspektivlərindən danışarkən qeyd etmisiniz ki: “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.”

Lakin, sayca çox olmayan, tutduğu vəzifəsindən və qulluq mövqeyindən öz tamahgir niyyətlərini həyata keçirmək məqsədi ilə sahibkarları, iş adamlarını psixoloji zoradkılıqla bezdirməklə əmlakını, malını-pulunu, varını-dövlətini məcburən talayanlara qarşı ölkəmizdə qətiyyətli mübarizə aparılır.

Uzun illər vətənindən uzaqlarda min bir əziyyətlə qazandığı pulu gətirib öz doğma kəndinin abadlaşdırılmasına, elinin-obasının rifahına heyfsilənmədən məsrəf edən, sərmayə qoyub iş yeri açan sahibkar, iş adamı, xeyriyyəçi Hümmətov Rəfail Talıb oğluna qarşı öz tutduğu vəzifəsindən və qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda əmlakını talamış Məhərrəmov Anar Məhərrəm oğlu barəsində hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsinə göstəriş vermənizi Sizdən xahiş edirik.

Hörmətlə,

“Qafqaz  Hüquq  Mərkəzi”nin  Baş  direktoru  İlqar Abbasov

365İNFO.AZ

  DİGƏR XƏBƏRLƏR