WhatsApp-da silinən mesajı oxumağın yolları – FOTO

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp-ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.
Milli.az  xəbər veir ki, izləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.
Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.
“Biz WhatsApp-da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq.
Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, “settings”dən “notification register”ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz”.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR