“Beşiktaş”ı püşkdə gözləyən rəqiblər: “Real”, “Bavariya”, “Çelsi”…

Ötən gecə keçirilən 8 qarşılaşma ilə Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, “Barselona”, “Bazel”, “Bavariya”, “Beşiktaş”, “Çelsi”, “Yuventus”, “Liverpul”, “Mançester Yunayted”, PSJ, “Porto”, “Real”, “Roma”, “Sevilya”, “Şaxtyor”və “Tottenhem” 1/8 finala yüksələn komandalardır.

Azərbaycanlı futbolsevərlərin də dəstəklədiyi “Beşiktaş” G qrupunda 14 xal toplayaraq növbəti mərhələyə qrup birincisi kimi yüksəlib. Bütün səfər matçlarında rəqiblərinə qalib gələn Şenol Günəşin komandasının potensial rəqibləri də bəllidir.

Türkiyə klubunun rəqibi qrup mərhələsini ikinci sırada başa vuran “Bazel”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Sevilya”, “Şaxtyor” və “Real”dan biri olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması dekabrın 11-də baş tutacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da start götürəcək.

1/8 finalın ilk oyunları fevralın 13-14 və 20-21-də, cavab qarşılaşmarı isə martın 6-7, 13-14 tarixlərində keçiriləcək.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR