Çempionlar Liqası: Qrup mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda “Mançester Siti”yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.

E qrupunda isə “Liverpul” “Spartak”ın daşını daş üstə qoymayıb – 7:0. İngilislərə qoşulan ikinci komanda isə “Maribor”la heç-heçə oynayan “Sevilya” olub.

G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.

Çempionlar Liqası, qrup mərhələsi

6 dekabr

E qrupu

23:45 Liverpul (İngiltərə) – Spartak (Rusiya) 7:0

23:45 Maribor (Sloveniya) – Sevilya (İspaniya) 1:1

F qrupu

23:45 Şaxtyor (Ukrayna) – Mançester Siti (İngiltərə) 2:1

23:45 Feyenoord (Hollandiya) – Napoli (İtaliya) 2:1

G qrupu

23:45 Leyptsiq (Almaniya) – Beşiktaş (Türkiyə) 1:2

23:45 Portu (Portuqaliya) – Monako (Fransa) 5:2

H qrupu

23:45 Tottenhem (İngiltərə) – APOEL (Kipr) 3:0

23:45 Real (İspaniya) – Borussiya D (Almaniya) 3:2

Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.

Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.

Qrup üçüncüləri, Avropa Liqasında 1/16 finala keçənlər: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR