“Facebook”da icazəsiz foto paylaşımına qarşı yeni funksiya

“Facebook” sosial şəbəkəsi yeni funksiya istifadəyə verib.

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, bundan sonra istifadəçilər onların xəbəri olmadan fotolarının paylaşıldığını öyrənə biləcəklər. Yəni başqa bir istifadəçi digərinin fotosunu yükləyib, onu etiketləməsə, sosial şəbəkə bu haqda həmin istifadəçiyə məlumat verəcək. İstifadəçi bu halda 3 yoldan birini seçə bilər: özünü həmin fotoya etiketləmək, reaksiya verməmək və ya fotonu şikayət etmək.

“Biz doğrudan da uzun müddət bunu privat məsələ saymışıq. Əgər kimsə sizinlə fotosunu yayırsa, siz bunu bilməlisiniz. Artıq istifadəçilər paylaşılan fotolarını görə və onu yayanla əlaqə saxlaya bilirlər”, – deyə “Facebook”un gizliliyə cavabdeh olan bölməsinin rəhbəri Rob Şerman bildirib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR