Kaliforniyada güclü yanğınlar: 200 min sakin təxliyyə olunur – VİDEO

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən yanğınlarla əlaqədar 200 minə yaxın sakinə təxliyyə olunur.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki,  yanğın nəticəsində 200-ə yaxın tikili tamamilə dağılıb.

Ən böyük fəsadlar Ventura dairəsində qeydə alınıb. Burada 36 min hektardan çox ərazi yanıb, 150-dən çox tikili dağılıb.

Yanğınların qarşısının alınması üçün 1800-dən çox yanğınsöndürən cəlb olunub. Hələlik yanğının yalnız 5 faizinin qarşısı alınıb.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR