Sürücülərin NƏZƏRİNƏ: bu magistrallarda sürət həddi endirildi

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında sürət hədi endirilib.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR