WhatsApp yeni funksiyaları sınaqdan keçirir

WhatsApp Android platformalı telefonlara yeni funksiyalar əlavə etməyi planlaşdırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya ilə əngəllənən WhatsApp istifadəçilərini blokdan çıxarmaq daha da asanlaşacaq.

Kontakt siyahısındakı  bloklanan istifadəçinin adının üzərinə klikləyib saxlamaqla “əngəlləməni qaldır”  seçimini edib, onunla yenidən əlaqə qurmaq mümkün olacaq.

“Dəvət et” funksiyası

Hazırda İOS platformalı telefonlar  tərəfindən dəstəklənən “link ilə dəvət et”  funksiyası android platformalı telefonlarda da tətbiq olunacaq. Artıq hər hansısa istifadəçini üzv olduğunuz qrupa əlavə etmək üçün link yollamaqla kifayətlənə bilərsiniz.

Başqa bir funksiya isə administrator parametrləri ilə bağlıdır. Belə ki, WhatsApp qrup administratorları üzvlərə qrup məlumatlarını dəyişmək  üçün icazə verə biləcəklər.

Ən maraqlı funksiyalardan biri isə odur ki, WhatsApp vasitəsilə əlaqə yaratmaq üçün əplikeyşn açıq olduqda telefonu bir dəfə “tərpətmək” kifayətdir.

Qeyd edək ki, bu xüsusiyyətlər  həm İOS, həm də android platformalı telefonlar tərəfindən dəstəklənəcək.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR