“Yol yaşdı, elə qoyurlar üstə” – Bakıda zəncirvari qəza – VİDEO

Yasamalda zəncirvari qəza qeydə alınıb.

ARB TV xəbər verir ki, Bakının Yasamal rayonunda “Ford” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini işıqforun qırmızı işığında saxlaya bilməyib, nəticədə avtomobil “Opel”ə çırpılıb. “Opel” də öz növbəsində qarşısındakı “Cadillac” markalı minik avtomobilinə dəyib.

İlkin ehtimala qəza yolun sürüşkən olması və sürət həddinin aşılması səbəbindən baş verib.

“Opel”in sürücüsü: “Əlbəttə hadisədir, amma biraz ehtiyyatlı olmaq lazımdır. Baxmaq lazımdır ki, nədi, nə deyil. Yol yaşdı, qoyurlar üstünə, fikirləşmirlər ki, nə ola bilər”.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR