18 yaşlı oğlan nənəsini niyə öldürdü? – SƏBƏB BİLİNDİ -TƏFƏRRÜAT

Dünən Abşeron rayonu, Saray qəsəbəsində baş vermiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqaz Xəbər” qəzeti Lent.az saytına istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Muradov Nihat Nicat oğlunun nənəsi, 1951-ci il təvəllüdlü Seyidəliyeva Xədicəbəyim Məhəmməd qızını tamah məqsədi ilə öldürdüyü məlum olub. Nənəsinin tək olmasından istifadə edən Nihat evə daxil olub və bıçaqla ona zərbələr endirib. Qadının öldüyünə əmin olandan sonra o, evdən qızıl-zinət əşyalarını götürərək qaçıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yaşlı N.Muradov tutulub.

Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  DİGƏR XƏBƏRLƏR