“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunacaq.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, jurnalın xüsusi buraxılışında ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq mümkün olacaq.

Jurnalda həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapacaq.

Bu xüsusi buraxılışda buraxılış imtahanının keçirilməsi qaydası, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, yeni tapşırıq nümunələri, tapşırıqlar üzrə qiymət¬ləndirmə meyarları, inşa (esse) yazılmasına verilən tələblər, sual kitaçasının titul vərəqi və buraxılış imtahanının ikinci mərhələsinə aid test tapşırıqları nümunələri öz əksini tapmışdır. Ümidvarıq ki, jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaq.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin aşağıdakı kitab mağazalarından almaq olar:

Azərbaycan Respublikası Milli Kitabxanasına;

Ünvan: AZ1000, Bakı, Səbail, Xaqani, 57.

Azərbaycan Respublikası Prezidentinin kitabxanasına;

Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.

Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına;

Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına;

Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına;

Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə

Bakı Dövlət Universitetinin Elmi kitabxanasına;

Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi 23 (BDU, əsas bina).

  DİGƏR XƏBƏRLƏR