Bakının mərkəzində ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqaz Xəbər” qəzeti Lent.az saytına istinadən xəbər verir ki, gecə saatlarında Nəsimi rayonu Ceyhun Səlimov küçəsində “Mercedes” markalı, 12 BC 423 dövlət nömrə nişanlı minik avtomobili 50 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada vəfat edib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR