“Barselona” 1/4 finala 5 qolla çıxdı

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

“Qafqaz Xəbər” qəzeti Apasport.az saytına istinadən məlumatına görə, 1/4 finala yüksələn bütün komandalar bəlli olub.

“Espanyol” ilk oyunda 1:2 hesab ilə uduzduğu “Lebante”ni 2:0 məğlub edərək turu keçib.

“Sevilya” isə ilk oyunda olduğu kimi bu dəfə də “Kadiz”ə qarşı amansız olub – 2:0, 2:1.

Sonuncu xoşbəxt isə “Barselona” olub. Katalonlar ilk oyunda gözlənilmədən heç-heçə oynadığı “Selta”nı “Nou Kamp”a çıxmağa peşman ediblər – 5:0.

Bununla da 1/4 finala “Valensiya”, “Atletiko”, “Espanyol”, “Sevilya”, “Real”, “Alaves”, “Barselona” və “Leqanes” yüksəlib.

  DİGƏR XƏBƏRLƏR