Damla səhnədə elə şou göstərdi ki…- FOTO

Damla Türkiyənin tanınmış musiqiçisi Orhan Mercanın orkestri ilə fərqli çıxış etdi.

QAFQAZXEBER.AZ xəbər verir ki, tanınmış türkiyəli ulduzu Damla  Türkiyənin tanınmış musiqiçisi Orhan Mercanın rəhbəri olduğu orkestrlə birlikdə sevənlərini  “Anatolia”da maraqlı  yeni il konsert proqramı ilə sevindirib.

“Harada Damla, orada fərqli şou” devizi bu dəfə də özünü doğrultdu. “Süper Aşık” mahnısı ilə tamaşaçı qarşısına çıxan  Damla canlı olaraq “Düşün beni”, “Sahibi Sen”, “Yoksun  artık” mahnılarını ifa etdi.

Konsertə hazırlığın yüksək səviyyədə keçməsi diqqətdən yayınmırdı. Musiqiçilər mahnılara xüsusi çalarlar qatıb Damlanın  səhnədə mükəmməl çıxışı üçün əla zəmin yaratmışdılar.

QAFQAZXEBER.AZ

 

  DİGƏR XƏBƏRLƏR