“Həmsədrlərin səylərini dəstəkləməyə davam edəcəyik” – ATƏT sədri

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik”.

“Qafqaz Xəbər” qəzeti APA-ya istinadən məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.

Qeyd edək ki, bu il yanvarın 1-dən ATƏT-ə İtaliya sədrlik edir.

  DİGƏR XƏBƏRLƏR