İspaniya Kral Kubokunda “Real Madrid” və “Barselona”nın rəqibləri müəyyənləşib

Futbol üzrə İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, “Real Madrid” və “Barselona” nisbətən zəif komandalarla qarşılaşacaqlar. Bu kollektivlər müvafiq olaraq “Leqanes” və “Espanyol” ilə üz-üzə gələcəklər. Püşkə əsasən, “Atletiko” “Sevilya”ya, “Valensiya” isə “Alaves”ə rəqib olub.

Qeyd edək ki, ilk matçlar yanvarın 17-də, cavab oyunları isə ayın 24-də baş tutacaq. “Real Madrid”, “Barselona”, “Sevilya” və “Alaves” ilk matçlarını səfərdə keçirəcəklər.

  DİGƏR XƏBƏRLƏR