Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

Dövlət başçısı, həmçinin Monqolustan, Nigeriya Federativ Respublikası və Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Bold Ravda, Hamzat İbrahim və Bakir Sadoviçin etimadnamələrini qəbul edib.

QAFQAZXƏBƏR

  DİGƏR XƏBƏRLƏR