Qubernator korrupsiyaya görə tutuldu

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Misirdə Mənufiyə əyalətinin qubernatoru Hişam Abdel Baset və bir qrup sahibkar korrupsiyada ittiham olunaraq saxlanılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, saxlanılmaya səbəb əyalət rəhbərinin sahibkarlardan birinə qeyri-qanuni şəkildə torpaq sahəsi verməsi olub.

Araşdırma zamanı qubernator tərəfindən törədilmiş digər korrupsiya cinayətləri ifşa edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  DİGƏR XƏBƏRLƏR