“Sevilya” İspaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb

“Sevilya” ¼ finalda “Atletiko Madrid”i mübarizədən kənarlaşdıraraq futbol üzrə İspaniya Kubokunun ilk yarımfinalçısı olub.

“Qafqaz Xəbər” qəzeti “Report”-a  istinadən  xəbər verir ki, ¼ final mərhələsinin cavab qarşılaşması Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda keçirilib və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sevilya” iki oyunun cəminə görə, “Atletiko” üzərində 5:3 hesablı inamlı qələbə qazanıb və yarımfinala çıxıb.

İspaniya Kuboku. 1/4 final. 2-ci matçı

“Sevilya” – “Atletiko M” – 3:1

Qollar: 1:0 – Eskudero – 1, 1:1 – Qrizmann – 13, 2:1 – Baneqa – 48 (pen), 3:1 – Sarabiya – 79.

  DİGƏR XƏBƏRLƏR