“Whatsapp”da YENİLİK

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, “Whatsapp” bu gündən yeni funksiyasını işə salır.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Whatsapp”-ın Beta versiyasında yeni 10 bildiriş seçimi aktivləşir. Belə ki, bundan sonra kontaktda olan insanları kateqoriyalara bölmək mümkün olacaq.

Mesajlaşmağa üstünlük verəcəyiniz şəxsləri önə çıxarmaq, digərlərini isə arxa plana keçirmək mümkün olacaq.

Nəticədə siyahıda bir nömrəli kateqoriyada olan şəxslər mesaj yazarkən dərhal səsli bildiriş ilə istifadəçiyə bildiriləcək, ancaq digər şəxslərdən gələn mesajlar əsas ekrana çıxarılmayacaq.

  DİGƏR XƏBƏRLƏR