44 yaşlı kişi döyülərək öldürüldü – Bakıda

Bakıda 44 yaşlı kişi döyülərək öldürülüb.

“Qafqaz Xəbər” qəzetinin APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan həkimlər M.Əhmədovun həyatını xilas edə bilməyib və xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatlarını Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlilidir. Onun kim tərəfindən və hansı şəraitdə döyülməsi isə hələlik məlum deyil.

  DİGƏR XƏBƏRLƏR