AAAF-dan aldığı evə köçə bilməyən qadın prezidentə müraciət edəcək – FOTO SƏNƏDLƏR

3 ildir aldığı mənzil üçün lazımi məbləğin yarısından çoxunu ödəyib və hələ də evsizdir. N.Cəfərova AAAF rəhbərliyindən başqa hazır mənzillə təmin olunmasını tələb etsə də, onun şikayətinə hələ də baxılmayıb.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Şikayətçi xanım yenidən Unikal.org-a açıqlama verərək bildirib ki, hələ də şirkət rəhbərliyi onun problemini həll etmək fikrində deyil:
“Bu xəbərdən sonra da sözügedən problemin həlli üçün şirkətdən heç kim bizimlə əlaqə saxlamayıb. Artıq bilmirik kimə şikayət edək! Mənim qonşum da bizdən sonra eyni binadan 11-ci mərtəbəsindən ev alıb. Onlar da bizim kimi ödənişlərini etməyə davam edirlər. Hazırda özləri ölkə xaricində yaşayırlar. Mən özüm bu gün də növbəti ayın ödənişini etdim. Özü də aylıq ödənişi artıqlaması ilə köçürürəm”.
Nərmin Cəfərova əlavə edib ki, hazırda ən böyük arzusu aldığı evinə köçməkdir:
“Əvvəlcədən dedik ki, çox ödəyib bitirək ki, vaxtında evimizə köçək və təmir işlərinə başlayaq. Ödənişim 383 manat idi, düşüb 290 manat oldu. Buna baxmayaraq mən hər ay 600, 700, 800 manata qədər ödəniş edirdim. Ən az ödədiyim ay 400 manat olub. Əgər tikilməyəcəkdisə mən boğazımdan kəsib niyə ödəməliydim?”.
Şikayətçi xanım ev problemi həll edilməzsə, yaxın zamanda müvaffiq dövlət qrumlarına, ölkə başçısı və birinci vitse-prezidentə də müraciət etməyi düşünür.

  DİGƏR XƏBƏRLƏR