ABŞ Dövlət Departamenti növbədənkənar prezident seçkilərinə münasibət bildirdi

“Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin”.

“Qafqaz Xəbər” qəzetinin APA-ya istinadən məlumatına görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.

“ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir”, – deyə B. Brink qeyd edib.

  DİGƏR XƏBƏRLƏR