Çin öz rekordunu təzələdi: ən uzun körpü – Video

Çin dünyanın növbəti ən uzun körpüsü ilə öz rekordunu yeniləyib.

“Qafqaz Xəbər” qəzeti Axar.az-a istinadən xəbər verir ki, yeni körpü Honq-konq, Çjuxay və Makaonu birləşdirəcək. Üç süni ada və sualtı tuneldən ibarət olan körpü kompleksi 55 kilometr uzunluqdadır.

Layihənin büdcəsi təxminən 16 milyard təşkil edib.

Körpü səkkiz bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti minimum 120 ildir.

İlk sınaqların fevralda başlanmasına icazə verilib. 2018-ci ilin ikinci yarısında isə istifadəyə veriləcəyi planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl də dünyanın ən uzun körpüsü Çində olub (42 kilometr – red.) 2011-ci ildə təhvil verilən sözügedən körpü Sarı dəniz akvatoriyasındakı Tsindao limanını Xuandao adası ilə birləşdirir.

Bundan əvvəl ən uzun körpü Amerikanın Luiziana ştatındakı Ponçartreyn gölü üzərindəki damba-körpü sayılırdı. 1956-cı ildə tikilən bu körpünün uzunluğu 38 kilometrdir.

  DİGƏR XƏBƏRLƏR