Ev dustağı olan nazir müavini mənzilində ölü tapıldı

Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb.

Bu səbəbdən nazir müavini ev dustaqlığında saxlanılırdı.

Y.Şışmaryovanın özünə qəsd etdiyi ehtimal olunur.

  DİGƏR XƏBƏRLƏR