Həbsdən qaçan Əli Ağami ilə bağlı YENİ MƏHKƏMƏ

Bakıda xüsusi təyinatlı qatardan qaçmaqda təqsirləndirilən Əli Ağaminin də həbs müddəti uzadılıb.

“Qafqaz Xəbər” qəzetinin Lent.az-a istinadən məlumatına görə, bu gün Nəsimi rayon Məhkəməsində prokurorluğun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Hakimin qərarına əsasən, təqdimat təmin edilib. Əli Ağaminin həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Ə.Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Xatırladaq ki, Əli Ağami Şirvanda baş verən qətllə görə həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin  hökmünə əsasən Əli Ağami 19 il azadlıqdan məhrum edilib.

  DİGƏR XƏBƏRLƏR