İlham Əliyev YAP-ın prezidentliyə namizədi oldu

Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı işə başlayıb.

“Qafqaz Xəbər” qəzeti Modern.az-a istinadən xəbər verir ki, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.

Qurultayda prezident İlham Əliyev yenidən partiyanın seçkidə vahid namizədi seçilib.

Qeyd edək ki, bu ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR