Lənkəranda torpaq sürüşməsi olub – FOTO

Lənkəran rayonunun mərkəzindən 34 kilometr məsafə yerləşən Jidi kəndi ərazisində torpaq qatı sürüşüb.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, kənd sakinlərinin APA-nın cənub bürosuna verdikləri məlumata görə, sürüşmə yolda 100 metrlik ərazini əhatə edib. Lay torpaq qatının sürüşməsi nəticəsində yol keçilməz hala düşüb.
Qeyd edək ki, bu yoldan Gəgiran kəndinin sakinləri də istifadə edir.


  DİGƏR XƏBƏRLƏR