Magistraturaya qəbul üzrə elektron sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə  qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı)  üzrə sınaq imtahanı* keçiriləcək.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elektron sınaq imtahanında iştirak etmək istəyənlər 17 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 17 fevral 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. Sınaq imtahanında DİM tərəfindən 4 fevral 2018-ci il tarixində ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarından istifadə edilir.

  DİGƏR XƏBƏRLƏR