Millimiz Avropa çempionatını ağır məğlubiyyətlə tərk etdi

Futzal üzrə Azərbaycan yığması Avropa çempionatında mübarizəni dayandırıb

Futzal üzrə Azərbaycan yığması Sloveniyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxıb.

“Qafqaz Xəbər” qəzetinin Apasport.az saytına istinadən məlumatına görə, millimiz Portuqaliya ilə qarşılaşıb.

Qrupdakı son oyununda İspaniyaya 0:1 hesabı ilə uduzan, bununla belə, qrup ikincisi kimi növbəti mərhələyə adlayan komandamız qitənin ən güclülərindən olan portuqallar qarşısına ümidli çıxsa da, hər şey əksinə olub. Belə ki, yığmamız böyükhesablı məğlubiyyətdən qaça bilməyib. 1:8 hesabı ilə uduzan Azərbaycan millisi Avropa çempionatı ilə vidalaşıb.

Bu görüş iki komanda arasında 12-ci qarşılaşma olub. Əvvəlki 11 oyunda olduğu kimi, yenə komandamız qələbə qazana bilməyib. Rəqibi qarşısında cəmi 3 dəfə heç-heçəyə sevinən millimizin DÇ-2016-da da yolunu Portuqaliya kəsmişdi.

AVRO-2018

1/4 final

Portuqaliya – Azərbaycan – 8:1

Qollar: Pedro Kari, 2.05, 5.43; Pani Varela, 9.40; Rikardinyo, 10.31, 19.32, 25.31, 31.15; Bruno Koelyo, 24.09 – Everton Kardoso, 0.54

  DİGƏR XƏBƏRLƏR