Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi

Rusiya Xarici İşlər Nazirliyi Kiyevin qəbul etdiyi Donbas qanununun bölgədəki gərginliyi daha da artıracağını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya XİN-in tərəfindən verilən açıqlamada Kiyevin qəbul etdiyi, Ukraynanın şərqindəki Donbasın yenidən inteqrasiyasını nəzərdə tutan qanunun regionda gərginliyi artırma riskini daşıdığı qeyd olunub. Nazirlik, Qərb ölkələrinə səslənərək ölkədə yarana biləcək faciəvi bir ssenarinin qarşısının alınması üçün Kiyev üzərindki təsirindən  istifadə etmələrinin vacib olduğunu bildirib.

Rusiya XİN-i qey edib ki, qanunun tətbiq edilməsi Ukraynanın şərqindəki gərginliyin ciddi şəkildə artmasına səbəb ola bilər. Bundan başqa Avropanın sabitliyi və təhlükəsizliyi üçün gözlənilməz nəticələr verə bilər.

Verilən açıqlamada bildirilib ki, Kiyev Donbassın yenidən inteqrasiyasına yönəlmiş qanunu qəbul edərək bölgədəki böhranı hərbi yolla  həll etmək istəyir.Bu qanun ilə Pyotor Poroşenko Minsk müqaviləsinin şərtlərini pozub.

  DİGƏR XƏBƏRLƏR