Mühərriki dayanan təyyarə təcili eniş etdi

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədən Sinqapura uçan “Singapore Airlines” aviaşirkətinə məxsus təyyarə Myanmarın Mandalay şəhərinə təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səmada olarkən “А330” laynerinin mühərriki dayanıb.

Təyyarənin göyərtəsində 190 sərnişin və 12 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən yoxdur.

“Singapore Airlines” təcili eniş etmiş təyyarənin sərnişinlərini aparmaq üçün yeni layner göndərib.

  DİGƏR XƏBƏRLƏR