Prezident Səudiyyə Ərəbistana yeni səfir təyin etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqaz Xəbər” qəzeti AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Prezidentin növbəti sərəncamı ilə  Cavidan Rizvan oğlu Hüseynovu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib.

  DİGƏR XƏBƏRLƏR