Smartfonlar lazer şüası ilə doldurulacaq – YENİ İXTİRA

Vaşinqton Universitetinin alimləri uzaq məsafədən lazerdən istifadə edərək smartfonu enerji ilə doldura bilən yeni cihaz yaradıblar.

İKT.lent.az-ın Versiya.info saytına istinadən məlumatına görə, yeni enerji dolduran cihaz artıq sınaqdan keçirilib. Bu da videoya çəkilib və universitetin saytında dərc edilib.

Məlum olub ki, yaxın zamanlarda smartfonun enerji ilə doldurulması üçün müxtəlif kabellərə və ötürücülərə ehtiyac olmayacaq. Araşdırmaçılar smartfonun arxa hissəsində xüsusi bir dəlik buraxıblar ki, bu da lazer şüasını tutur və enerji ilə doldurur. Doldurulma sürəti standart üsuldan geri qalmır. Lazer 4,3 metr məsafədə 97 kvadrat santimetr sahəni əhatə edə bilib.

Lazer smartfonun enerji ilə doldurulmağa hazır olub-olmadığını da müəyyənləşdirə biləcək. Cihaz isə lazerə yüksək tezlikli siqnallar göndərə biləcək və yerləşdiyi yer barədə məlumat verəcək. Bununla belə, bütün siqnalları insan eşitmir və tuta bilmir. İstifadəçini lazerin təsadüfi şüası ilə toqquşmasından müdafiə etmək üçün onu əlavə müdafiəedici şüalarla təchiz ediblər. İnsanla toqquşduğu anda şüa avtomatik olaraq sönür.

  DİGƏR XƏBƏRLƏR