Somalidə partlayış: azı 20 nəfər həlak olub

Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində azı 20 nəfər həlak olub, 20 nəfər yaralanıb.

“Qafqaz Xəbər” qəzeti Xezerxeber.az-a istinadən  məlumat verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, partladılan avtomobillərdən biri prezident sarayının, digəri şəhərdəki otellərdən birinin yaxınlığında olub. Partlayışların ardınca isə atışma baş verib.

Partlayışlara görə məsuliyyəti “Əl-Qaidə” ilə sıx əlaqələri olan “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

  DİGƏR XƏBƏRLƏR